İşğaldan azad edilmiş Xocavənd rayonunda erməni hərbi birləşmələrinin tərk etdiyi mövqelərdən müxtəlif silah-sursat aşkar edilib. Bu haqda dekabrın 2-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, polis tərəfindən 7 avtomat, 3 qumbaraatan, 3 pulemyot, 7 qumbaraatan mərmisi, 8 əl qumbarası, 4 partladıcı vasitə, 3 sandıq və 5 435 patron tapılıb. Onlar aidiyyəti üzrə təhvil veriliblər.
Bundan əvvəl, 20 noyabr tarixində silah-sursatlar Xocavənddə və Ağdamda aşkarlanmışdır.