Xudat şəhərinin mərkəzində tikintidə fəhlə işləyən Bərdə rayon sakininin üzərinə materiallar aşıb. Bu haqda mayın 5-də Report məlumat paylaşıb.
Hadisə 37 yaşlı fəhlə tikinti materiallarını boşaldan zaman ehtiyatsızlıqdan baş verib. Nəticədə yaralanan fəhlə öncə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə paytaxt xəstəxanalarının birinə yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.