Yevlax sakini narkotikə görə saxlanılıb. Bu barədə 22 oktyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum edilmiş Cabir Əmirov saxlanılıb. Onun əlindəki sellofan torbadan 2 kiloqrama yaxın marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.