Yevlax rayonunda Tanrıqulular kənd yolu təmir edilir. Bu barədə aprelin 20-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Uzunluğu 5,5 kilometr olan yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Zəruri olan yerlərdə yol nişanı və məlumatverici lövhə, həmçinin dayanacaq quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.
Sözügedən yol 2 800 nəfər əhalinin yaşadığı yaşayış məntəqəsinə qədər rahat gediş-gəlişi təmin edəcək və kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək.