Bakıda özünü Vətən müharibəsi iştirakçısı kimi təqdim edərək ictimai qaydanı pozan şəxs həbs edilib. Bu barədə martın 11-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Dövlət Yol Polisi əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün xanım sürücünün idarə etdiyi avtomobilə “saxla” işarəsi verilib. Bu zaman yoldan ötən hərbi geyimli şəxs polis əməkdaşlarına yaxınlaşaraq qadının həyat yoldaşı olduğunu və özünün da qazi olduğunu bildirib, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib, polisin qanuni tələblərinə qəsdən tabesizlik göstərib.
İctimai qaydanı pozan şəxsin Xansu Quliyev olduğu müəyyən edilib. Aparılan araşdırmalarla məlum olub ki, o, ümumiyyətlə heç vaxt ordu sıralarında xidmət etməyib.
Sözügedən şəxs məhkəmənin qərarı ilə 15 sutka müddətinə inzibati qaydada həbs edilib.