Naxçıvan Muxtar Respublikasına çıxışa imkan verən Zəngəzur nəqliyyat dəhlizinin layihəsi hazırlanır. Bu barədə avqustun 6-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən məlumat verilib. Avtomobil yolunun 2024-ci ildə başa çatdırılması nəzərdə tutulur.
Zəngəzur nəqliyyat dəhlizinin Azərbaycan tərəfindəki Horadiz - Cəbrayıl - Zəngilan - Ağbənd hissəsinin uzunluğu 124 kilometrdir. Yol 4-6 hərəkət zolaqlı olacaq. Yolun layihəsi hazırlanır və paralel olaraq tikintisi aparılır. Avtomobil yolunun tikintisi 2024-ci ildə başa çatdırılması nəzərdə tutulur.
Zəngəzur dəhlizinin yaradılması İkinci Qarabağ müharibəsinin sonucu olaraq noyabrın 10-da imzalanan üç tərəfli bəyanatda qeyd olunur. Azərbaycan bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Türkiyəyə birbaşa quru yolu əldə edəcək.