Dekabrın 14-də Zəngilan rayonunda Ermənistanla dövlət sərhədində yeni sərhəd komendantlığı xidməti-döyüş fəaliyyətinə başlayıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Hərbi hissədə şəxsi heyət üçün iş otaqları, zabit-gizir və əsgər yataqxanaları, yeməkxana, hamam-camaşırxana-qazanxana kompleksi, silah və təminat anbarları var. Ərazidə sıra meydanı yaradılıb, elektrik generatorlar quraşdırılıb, su xətti çəkilib və ağaclar əkilib.
Açılış mərasimindən sonra xidməti fəaliyyətində fərqlənmiş hərbçilər təltif olunublar.
Cari il ərzində 19 yeni hərbi hissə və 104 sərhəd-döyüş məntəqəsi açılıb.
[gallery columns="2" size="large" link="file" ids="16979,16980"]