Zərdabda elektrik cərəyanından istifadə etməklə qanunsuz balıq ovu ilə məşğul olan üç şəxs saxlanılıb. Bu haqda 23 dekabr tarixində Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Aşağı Şirvan kollektorunun Burunlu kəndi ərazisindən keçən hissəsində elektrik cərəyanından istifadə edərək balıq ovlayanlar aşkar olunublar. Onların rayon sakinləri olduqları müəyyən edilib.
Elektrik cihazlar və ovlanmış müxtəlif növ balıqlar maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.