“Zərifə Əliyeva” gəmi-bərəsi bu gün, mayın 5-də ilk səfərinə çıxıb. Bu haqda məlumat “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin saytında paylaşılıb.
Birinci səfər Qazaxıstanın Kurık limanına olub.
Qeyd edək ki, gəmi aprelin 28-də elm xadimi Zərifə Əliyevanın doğum günündə istismara verilib. Açılışda Prezident İlham Əliyev iştirak edib.