Ziya Bünyadov prospekti və Bakı-Sumqayıt şosesində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 13 sentyabr tarixində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat verib.
Bakının Ziya Bünyadov prospektində Bakı Olimpiya Stadionunun qarşısında baş verən qəza səbəbindən metronun “Qara Qarayev” stansiyası istiqamətində sıxlıq yaranıb.
Digər bir yol-nəqliyyat hadisəsi isə Bakı-Sumqayıt şosesi, Beynəlxalq Avtovağzalın qarşısında qeydə alınıb.
Bu səbəbdən də metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq var.
Hər iki yolda sürücülərin rahat hərəkətini təmin etmək məqsədilə işlər görülür.