Model Demet Şener və keçmiş basketbolçu İbrahim Kutluay 2018-ci ildə qalmaqallı boşanmadan sonra aralarındakı incikliyi geridə qoyublar. Demet Şener bildirib ki, ilk addımı İbrahim atıb və onlar övladları İremlə Ömərin xoşbəxtliyi naminə münasibətlərini normallaşdırıblar.
Yenidən sevgili olmaları barədə iddiaları təkzib edən model, evlənmək fikirində olmadıqlarını, sadəcə valideyn olaraq uşaqları ilə birlikdə tətilə çıxmağı planlaşdırdıqlarını vurğulayıb.
Xatırladaq ki, 2005-ci ildə ailə quran cütlük xəyanət iddiaları və uzun sürən məhkəmə çəkişmələrindən sonra ayrılmışdı. Onların övladlarının gələcəyi üçün atdığı bu addım sosial şəbəkələrdə müsbət qarşılanıb.