top
AZAL brendinin yeni vizual manifesti təqdim edilib
15 iyul 2026, 13:10
- ↺ +

AZAL brendinin yeni vizual manifesti təqdim edilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Azərbaycan Hava Yolları" (AZAL) QSC şirkətin dəyərlərini, korporativ kimliyini və gələcəyə baxışını əks etdirən yeni imic çarxını ictimaiyyətə təqdim edib.

Bu barədə İnsanoid.com səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata əsasən, çarx milli aviadaşıyıcının prinsipləri və gələcəyə baxışını ifadə edən brend manifestidir.

"Son illər Azərbaycan Hava Yolları ardıcıl inkişaf mərhələsini yaşayır. Donanmanın müasir hava gəmiləri ilə gücləndirilməsi, marşrut şəbəkəsinin genişləndirilməsi, rəqəmsal həllərin tətbiqi, xidmət keyfiyyətinin davamlı təkmilləşdirilməsi və insan kapitalına yatırımlar şirkətin strateji inkişaf kursunun əsas istiqamətlərini təşkil edir. Yeni imic videosu bütün bu dəyişikliklərin arxasında dayanan əsas ideyanı əks etdirir. O, milli aviaşirkətin kim olduğunu, nəyə inandığını və gələcəyə hansı dəyərlərlə irəlilədiyini vizual hekayədə təqdim edir", - AZAL-dan bildirilib.

Qeyd edilib ki, filmdə şirkətin fəaliyyətinin əsasını təşkil edən təhlükəsizlik, peşəkarlıq, məsuliyyət, komanda işi və davamlı inkişaf prinsipləri ön plana çıxarılır. Məhz bu dəyərlər hər gün minlərlə əməkdaşın əməyində, qəbul edilən qərarlarda və sərnişinlərə təqdim olunan xidmətlərdə öz əksini tapır.

Eyni zamanda, video "Azərbaycan Hava Yolları"nın milli aviadaşıyıcı kimi missiyasına da toxunur. Şirkət Azərbaycanı dünya ilə birləşdirən hava körpüsü olmaqla yanaşı, ölkəmizin mədəniyyətini və qonaqpərvərliyini beynəlxalq auditoriyaya təqdim edən brend kimi çıxış edir.

Vizual hekayə aviaşirkət üçün uçuşun yalnız bir nəqliyyat xidməti olmadığını, etimad, məsuliyyət və yüksək xidmət mədəniyyəti üzərində qurulan bütöv bir təcrübə olduğunu vurğulayır. Bu yanaşma şirkətin gələcək inkişaf strategiyasının da ayrılmaz hissəsidir.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 14:20

Bakıda kafedə qətl: saxlanılan şəxslərdən biri deputatın oğludur

Cəmiyyət
Bu gün, 13:44

U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub

Cəmiyyət
Bu gün, 13:31

Hitlerin keçmiş iqamətgahında yanğın baş verib - VİDEO

Cəmiyyət
Bu gün, 12:35

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət
Bu gün, 12:05

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib

Cəmiyyət
Bu gün, 11:49

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Cəmiyyət
Bu gün, 11:19

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət
Bu gün, 10:44

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Cəmiyyət
Bu gün, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
Dünən, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
Dünən, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
Dünən, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
Dünən, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
Dünən, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
Dünən, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
Dünən, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
Dünən, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
Dünən, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Dünən, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
Dünən, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
Dünən, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Cəmiyyət
Dünən, 09:19

Azərbaycanda bəzi məhsulların gömrük rüsumu 20 dəfə artırıldı

Cəmiyyət
Dünən, 09:17

Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq

Oxşar xəbərlər