top
AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib
26 may 2026, 15:43
- ↺ +

AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Azərbaycan Hava Yolları" QSC (AZAL) komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib.

İnsanoid.com AZAL-a istinadən xəbər verir ki, aviaşirkət bəyan edib ki, səyahət zamanı baqajın təhlükəsiz və vaxtında təyinat nöqtəsinə çatdırılması sərnişin təcrübəsinin vacib hissəsidir.

AZAL rəqəmsal izləmə sistemləri və əməliyyat mexanizmləri vasitəsilə hər gün minlərlə baqajın çeşidlənməsi, izlənməsi və təyinat məntəqəsinə çatdırılmasını təmin edir.

Sərnişinlərin öncədən baqaj qaydaları ilə tanış olması, həmçinin fors-major vəziyyətlər zamanı müraciət prosedurları barədə məlumatlılığı səyahətin daha rahat və planlı keçməsinə şərait yaradır.

Gecikmiş, itmiş və ya zədələnmiş baqaj: sərnişinlər üçün müraciət mexanizmləri

Baqajla bağlı müraciətlər beynəlxalq aviasiya qaydalarına uyğun şəkildə araşdırılır və hər bir vəziyyət fərdi qaydada qiymətləndirilir. Bəzi situasiyalarda əlverişsiz hava şəraiti, transfer zamanı intensivlik, baqajın emalı zamanı texniki nasazlıqlar, eləcə də baqaj etiketlərinin zədələnməsi və ya itməsi səbəbindən baqajın gecikməsi, zədələnməsi və ya itməsi halları baş verə bilər.

Belə vəziyyətlərdə sərnişinlər çatdıqları hava limanında "Tapıntılar və itkilər" ("Lost and Found") xidmətinə müraciət etməli və Baqajın qüsur aktını ("Property Irregularity Report" - PIR) doldurmalıdırlar. Bu zaman müraciətçiyə baqajın izlənilməsi üçün unikal müraciət nömrəsi ("file reference" və ya "locator number") təqdim olunur. Müraciət nömrəsinə əsasən araşdırma prosesinə başlanılır, baqajla bağlı hər hansı bir yenilik olduqda sərnişin bu nömrə vasitəsilə müraciətin statusu ilə bağlı ətraflı məlumat əldə edir.

Əlavə məlumat əldə etmək və ya əlavə suallar yarandığı halda AZAL sərnişinlər [email protected] elektron ünvanına müraciət edə və ya (+994 12) 497 26 00 (30-81, 22-05) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Bundan başqa, itmiş və ya zədələnmiş baqajla bağlı AZAL-ın rəsmi veb-saytında yerləşən forma vasitəsilə də müraciət etmək olar: https://www.azal.az/az/information/baggage/lost

Baqajla bağlı istənilən problem yarandığı zaman AZAL sərnişinlərə operativ dəstək göstərir, məsələnin həlli sürətlə təmin edir və ya zərurət yaranarsa, mövcud qaydalar çərçivəsində müvafiq tədbirlər görür. Həmçinin beynəlxalq praktikaya uyğun olaraq, zədələnmiş baqajın təmiri üçün sərnişin uyğun xidmət göstərən şirkətə yönləndirilir.

Baqajla bağlı nəzərə alınmalı vacib məqamlardan biri odur ki, zədələnmə və ya gecikmənin yalnız yerli hava limanında deyil, marşrut üzrə digər hava limanlarında da baş verməsi mümkündür. Bu cür vəziyyətlərdə baqajın hansı mərhələdə zədələndiyinin və ya gecikdiyinin müəyyənləşdirilməsi üçün sərnişinlərin prosesləri obyektiv şəkildə qiymətləndirməsi xüsusi əhəmiyyət daşıyır.

Sərnişin mərkəzli yanaşma: rahat səyahət üçün 5 praktik tövsiyə

Komfortlu uçuş həm aviaşirkətin göstərdiyi xidmətlərin, həm də sərnişinlərin diqqətli yanaşmasının və birgə əməkdaşlığının nəticəsində mümkündür. Belə ki, sərnişinlərə səyahət etməzdən öncə bir neçə məqamı nəzərə alması tövsiyə olunur.

- Uçuşdan əvvəl aviaşirkətin baqaj qaydaları ilə tanış olmaq, icazə verilən çəki və ölçü limitlərini nəzərə almaq əlavə vaxt itkisi və əlavə ödənişlərin qarşısını almağa kömək edir. Əlavə baqaja ehtiyac yarandığı təqdirdə AZAL sərnişinlərə baqajın rəsmi vebsayt üzərindən əldə edilməsini məsləhət görür. Hava limanındakı qiymətlərlə müqayisədə, baqajı azal.az veb-saytı üzərindən 10%-dək endirimlə əldə etmək mümkündür. Ətraflı məlumat üçün sərnişinlər https://www.azal.az/az/information/baggage/ linkinə keçid edə bilərlər.

- Sərnişinin çamadan üzərində əlaqə məlumatları əks olunan etiketi yerləşdirməsi baqajın itirilməsi hallarının qarşısını alır.

- Köhnə çamadan etiketlərinin çıxarılması ştrix-kod qarışıqlığını önləyir. Beləliklə, baqajın itməsi ehtimalı da minimuma endirilmiş olur.

- Transfer uçuşlarda baqajların qarışdırılması kimi situasiyalar nisbətən daha tez sıxlıqda müşahidə olunur. Birləşdirici reyslərlə səyahət zamanı biletlərin vahid bron daxilində rəsmiləşdirilməsi və transfer üçün ən azı 2 saat vaxt nəzərdə tutulması tövsiyə olunur.

- Baqajın təhvil verilməsi zamanı təqdim olunan baqaj birkasını uçuş tamamlanana qədər saxlamaq vacibdir, çünki hər hansı gecikmə və ya itki halında bu sənəd müraciət prosesində əsas rol oynayır.

AZAL rəqəmsal həllər, təkmilləşdirilmiş əməliyyat prosesləri və sərnişin yönümlü xidmət yanaşması ilə bu sahədə daha çevik və etibarlı xidmət mühitinin formalaşdırılmasına töhfə verir. Qaydaların düzgün tətbiqi, vaxtında məlumatlandırma və müasir texnologiyalardan istifadə nəticəsində baqaj prosesləri daha şəffaf, operativ və etibarlı şəkildə idarə olunur.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 25 oktyabr

Cəmiyyət
Dünən, 14:20

Bakıda kafedə qətl: saxlanılan şəxslərdən biri deputatın oğludur

Cəmiyyət
Dünən, 13:44

U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub

Cəmiyyət
Dünən, 13:31

Hitlerin keçmiş iqamətgahında yanğın baş verib - VİDEO

Cəmiyyət
Dünən, 12:35

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət
Dünən, 12:05

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib

Cəmiyyət
Dünən, 11:49

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Cəmiyyət
Dünən, 11:19

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət
Dünən, 10:44

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Cəmiyyət
Dünən, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
23 oktyabr 2026, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
23 oktyabr 2026, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
23 oktyabr 2026, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
23 oktyabr 2026, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
23 oktyabr 2026, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
23 oktyabr 2026, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
23 oktyabr 2026, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
23 oktyabr 2026, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
23 oktyabr 2026, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
23 oktyabr 2026, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
23 oktyabr 2026, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
23 oktyabr 2026, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Oxşar xəbərlər