4 oktyabr – Cəbrayıl Şəhəri Günü münasibəti ilə uşaqlar üçün rəssamlıq üzrə ustad dərsləri, yaradıcılıq sərgisi, kukla teatrı tamaşası və sakinlər üçün təntənəli konsert proqramından ibarət tədbir təşkil olunub.
İnsanoid.com xəbər verir ki, Cəbrayıl Şəhəri Günü tədbiri Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Mədəniyyət Nazirliyi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, hər il oktyabrın 4-ü Cəbrayıl Şəhəri Günü kimi qeyd olunur.