top
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni səfirini qəbul edib - FOTO
Bu gün, 12:07
- ↺ +

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni səfirini qəbul edib - FOTO

Prezident İlham Əliyev oktyabrın 5-də Avstriyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ettienn Berxtoldu qəbul edib.

İnsanoid.com President.az saytına istinadən xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim etdi və Azərbaycan dilində dedi: "Zati-aliləri cənab Prezident, Avstriyanın Bakıdakı yeni səfiri olaraq öz etimadnaməmi Sizə təqdim etməkdən şərəf duyuram".

Səfir ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan dilini daha yaxşı öyrənəcəyinə ümidvarlığını bildirib.

Dövlətimizin başçısı səfirin Azərbaycan dilində danışmasından məmnunluğunu ifadə edib.

Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi dialoq, iqtisadi, qarşılıqlı sərmayələr, mədəniyyət və digər sahələrdə əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyi ifadə etdi, Azərbaycanda uzun illərdir ki, Avstriya şirkətlərinin fəaliyyət göstərdiyini deyərək, perspektivdə onların sayının artmasının önəminə toxunub.

Dövlətimizin başçısı iki ölkə arasında diplomatik münasibətlər qurulduqdan bəri qarşılıqlı hörmətə əsaslanan əlaqələrimizin inkişaf etdiyini deyib.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.

Səfir ikitərəfli münasibətlərimizin genişləndirilməsi istiqamətində səylə çalışacağını qeyd edib.

Söhbət zamanı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin, siyasi məsləhətləşmələrin və parlamentlərarası əlaqələrin münasibətlərimizin inkişafındakı roluna toxunuldu, Azərbaycanın və Avstriyanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının önəmi vurğulanıb.

Görüşdə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfə qeyd edildi, bu xüsusda cari ilin yanvarından Azərbaycan təbii qazının Avstriyaya tədarükünə başlanması məmnunluqla xatırlanıb.

 

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 12:52

Sabah yağış yağacaq

Bütün Xəbərlər
Bu gün, 12:43

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Bütün Xəbərlər
Bu gün, 11:45

Cəbrayıl Şəhəri Günü təntənəli şəkildə qeyd olunub

Bütün Xəbərlər
Bu gün, 11:04

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib

Bütün Xəbərlər
Bu gün, 10:45

Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edilib

Bütün Xəbərlər
Bu gün, 10:23

"FlyDubai" pilotu təyyarəni Ben-Qurion aeroportuna çırpmaq istəyib

Bütün Xəbərlər
Bu gün, 09:02

Yasamal rayonunun bir sıra ərazilərində işıq olmayacaq

Bütün Xəbərlər
Bu gün, 08:00

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

Bütün Xəbərlər
Bu gün, 00:20

Gəncəyə atılan ikinci raket: Hər iki valideynini itirən dörd uşaq

Bütün Xəbərlər
Bu gün, 00:01

5 oktyabr 2020 – Azərbaycan Ordusu Cəbrayılda İRƏLİLƏYİR

Bütün Xəbərlər
Dünən, 00:20

Ermənistanın Gəncəyə ilk raket hücumundan 6 il ötür

Bütün Xəbərlər
Dünən, 00:01

Cəbrayıl şəhərinin azad edilməsindən 6 il ötür

Bütün Xəbərlər
03 oktyabr 2026, 12:39

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu göndərib

Bütün Xəbərlər
03 oktyabr 2026, 11:13

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

Bütün Xəbərlər
03 oktyabr 2026, 10:53

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Bütün Xəbərlər
03 oktyabr 2026, 10:36

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif edib

Bütün Xəbərlər
03 oktyabr 2026, 09:00

Suqovuşanın azad edilməsindən 6 il ötür

Bütün Xəbərlər
02 oktyabr 2026, 17:42

Azərbaycanın səhiyyə naziri Türk Dövlətləri Təşkilatının səhiyyə nazirlərinin VI iclasında iştirak edib

Bütün Xəbərlər
02 oktyabr 2026, 16:38

YAP İdarə Heyətinin yeni tərkibi təsdiqləndi

Bütün Xəbərlər
02 oktyabr 2026, 15:51

Misir Mərdanov "Şərəf" ordeni ilə təltif edilib

Bütün Xəbərlər
02 oktyabr 2026, 13:54

"Flydubai" təyyarəsində baş verənlərin TƏFƏRRÜATLARI

Bütün Xəbərlər
02 oktyabr 2026, 12:42

Şənbə günü Azərbaycanda güclü yağış yağacaq

Bütün Xəbərlər
02 oktyabr 2026, 10:40

Prezident: "Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi"

Oxşar xəbərlər