top
Görünməyən imzalar
22 iyul 2026, 10:59
- ↺ +

Görünməyən imzalar

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Azərbaycan milli mətbuatının 151 yaşı tamam olur.

1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi "Əkinçi" qəzetini nəşr etməklə təkcə ilk milli mətbuat orqanının əsasını qoymadı. O, cəmiyyətin sözə, həqiqətə və maariflənməyə açılan qapısını araladı. Aradan bir əsrdən çox vaxt keçsə də, mətbuatın missiyası dəyişməyib. Dəyişən isə bu missiyanı daşıyan insanların sayı, peşələri və görünməyən zəhmətləridir.

Biz çox vaxt xəbəri yazanın adını görürük. Halbuki hər xəbərin, hər reportajın, hər yayımın arxasında görünməyən böyük bir komanda dayanır.

Kameranı çiynində saatlarla daşıyan operator, anı donduran fotomüxbir, gecəni monitora baxaraq keçirən videomontajçı, xəbərin vizual dilini quran qrafik dizayner, mətni cilalayan redaktor və korrektor, onu başqa dillərə daşıyan tərcüməçi, məlumatı toplayan və dəqiqləşdirən xəbər əməkdaşları, xəbəri sosial şəbəkələrdə milyonlarla insana çatdıran SMM mütəxəssisləri, saytın və yayımın bir an da dayanmasına imkan verməyən texniki heyət...

Onların əksəriyyətinin adı nə qəzet səhifəsində, nə saytın sonunda, nə də televiziya ekranında görünür. Amma əllərinin izi hər xəbərin, hər reportajın, hər yayımlanan görüntünün üzərində qalır.

Mətbuat təkcə yazanlardan ibarət deyil. Bu, görünən və görünməyən zəhmətlərin birgə yaratdığı böyük bir mexanizmdir.

Bu gün yalnız imzasını gördüklərimizi deyil, görünməyən əməyi ilə bu sahəni ayaqda saxlayan bütün media əməkdaşlarını təbrik edirik.

Milli Mətbuat Günümüz mübarək!

Emilya Tağıyeva

Son xəbərlər

Cəmiyyət
Bu gün, 14:20

Bakıda kafedə qətl: saxlanılan şəxslərdən biri deputatın oğludur

Cəmiyyət
Bu gün, 13:44

U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub

Cəmiyyət
Bu gün, 13:31

Hitlerin keçmiş iqamətgahında yanğın baş verib - VİDEO

Cəmiyyət
Bu gün, 12:35

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət
Bu gün, 12:05

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib

Cəmiyyət
Bu gün, 11:49

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Cəmiyyət
Bu gün, 11:19

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət
Bu gün, 10:44

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Cəmiyyət
Bu gün, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
Dünən, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
Dünən, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
Dünən, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
Dünən, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
Dünən, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
Dünən, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
Dünən, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
Dünən, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
Dünən, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Dünən, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
Dünən, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
Dünən, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Cəmiyyət
Dünən, 09:19

Azərbaycanda bəzi məhsulların gömrük rüsumu 20 dəfə artırıldı

Cəmiyyət
Dünən, 09:17

Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq

Oxşar xəbərlər