Moldova məsləhətləşmələr üçün Moskvadakı (Rusiya) səfirini geri çağırır.
Insanoid.com President.az saytına istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Qərar Ştefan-Vode rayonunun Krokmaz yaşayış məntəqəsində pilotsuz uçuş aparatının düşməsi və partlamasından sonra qəbul edilib.
Moldova XİN hadisəni ölkənin suverenliyinin və ərazi bütövlüyünün ciddi şəkildə pozulması adlandırıb və bunun vətəndaşların təhlükəsizliyinə təhdid yaratdığını qeyd edib.