İyunun 3-dən 2026-2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır.
Bu barədə İnsanoid.com Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadən bildirir.
Qeyd olunub ki, müsabiqədə iştirak etmək istəyən şəxslər "Digital Login" əldə etdikdən sonra iyunun 3-ü saat 11:00-dan www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, elektron sənəd qəbulu mərhələsi iyunun 10-u saat 11:00-dək davam edəcək.