top
Nigar Camal: Jasmini Azərbaycan millisinin formasında görsəm, inanılmaz dərəcədə xoşbəxt olaram
19 avqust 2026, 12:31
- ↺ +

Nigar Camal: "Jasmini Azərbaycan millisinin formasında görsəm, inanılmaz dərəcədə xoşbəxt olaram"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın məşhur müğənnisi, "Avroviziya-2011" qalibi Nigar Camal böyük səhnə və beynəlxalq səviyyədə uğurun nə demək olduğunu yaxşı bilir. İndi isə ona qüruru qızı - İngiltərədə futbolçu karyerası quran Jasmin Keyn yaşadır.

"Luton Taun"da çıxış edən gənc futbolçu yaxın günlərdə baxımlı qolu ilə diqqət çəkib. Onun bu qolunun videosu sosial şəbəkələrdə böyük marağa səbəb olub. Lakin Jasminin həyatında futbol dünən peyda olmayıb. O, səkkiz yaşından bu idman növü ilə məşğul olur, rəqabət, zədələr və özünəinamla bağlı çətinliklərdən keçərək futbolu təhsili ilə bir arada davam etdirir.

Nigar Camal İdman.Biz-ə müsahibəsində qızının futbola necə başladığından, qarşılaşdığı çətinliklərdən, peşəkar karyera planlarından və gələcəkdə onu Azərbaycan millisinin formasında görmək istəyib-istəmədiyindən danışıb.

- Bu yaxınlarda Jasmin baxımlı qolla yadda qaldı. Hansı hissləri keçirdiniz?

- Bu, onun ilk qolu deyildi. Əlbəttə, çox böyük qürur hissi keçirdim. Onun uğurlarını görmək mənim üçün çox xoşdur. Xüsusilə də Jasminin futbolu nə qədər sevdiyini və bu idman növünün onun üçün nə qədər vacib olduğunu bildiyim üçün.

- Jasmin neçə yaşından futbolla maraqlanır? Onun bu seçiminə necə reaksiya verdiniz? Fikrindən daşındırmağa çalışmadınız?

- Jasmin səkkiz yaşından futbolla məşğul olur. İngiltərədə futbol çox populyar olduğundan, bir çox uşaq erkən yaşlarından bu idman növü ilə məşğul olmağa başlayır. Orada məktəb və universitet komandaları, rayonlararası yarışlar var. Futbol uşaqların və gənclərin həyatına çox təbii şəkildə inteqrasiya olunub.

Mən heç vaxt onu fikrindən daşındırmağa çalışmamışam. Əksinə, hər zaman dəstəkləmişəm. Üstəlik, o, təhsili ilə futbolu çox yaxşı şəkildə bir araya gətirə bilirdi. Bu, mənim üçün xüsusilə vacib idi. Əgər uşaq sevdiyi işlə məşğul ola bilir və eyni zamanda yaxşı oxuyursa, mən belə seçimi yalnız dəstəkləyirəm.

- Komandada özünə yer qazanması nə qədər vaxt apardı?

- O, çox çalışır, məşqçini dinləyir və tədricən təcrübə toplayır. Onun rəqabətdən qorxmaması və heyətdəki yerini zəhmətlə qazanmalı olduğunu başa düşməsi xoşuma gəlir.

- Jasmin futbolda hansı əsas çətinliklərlə üzləşib?

- Onun dizində bir neçə zədə olub. Bundan başqa, çətinliklərdən biri də, yəqin ki, özünəinamının kifayət qədər olmaması idi.

- Komanda yoldaşları Jasminin "Avroviziya" qalibinin qızı olduğunu bilirlər?

- Biz bunu çox qabartmamağa çalışırıq. Futbol meydanında o, komandanın oyunçularından biridir. Mənim xoşuma gələn də məhz budur.

- Jasmin gələcəkdə peşəkar səviyyəyə keçməyi düşünür?

- Bizim üçün ilk növbədə onun universitetdəki təhsili vacibdir. Futbola gəlincə, istəyirəm ki, o, bu idmandan zövq alsın, inkişaf etsin və daha yaxşı futbolçu olsun. Zamanla peşəkar liqaya keçmək imkanı yaranarsa və özü də bunu istəsə, əlbəttə, onu dəstəkləyəcəyəm.

- O, Azərbaycan futbolunu izləyir? "Qarabağ"ın İngiltərə klubları ilə oyunlarına baxıb?

- Bəli. Sonuncu dəfə Londonda "Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsində "Tottenhem"ə 0:3 hesabı ilə məğlub olduğu oyunda iştirak edib.

- Onun sevimli futbolçusu kimdir?

- Onun heyran olduğu futbolçular var. Xüsusilə texnikası, sürəti və fərdi ustalığı ilə seçilən oyunçuları bəyənir. Düşünürəm ki, bu, təbiidir: gənc futbolçu həmişə özünə nümunə və ilham mənbəyi axtarır. Onun sevimli futbolçusu Son Hın Mindir.

- Bəs hansı komandaya azarkeşlik edir?

- Birmənalı şəkildə "Tottenhem"ə.

- Gələcəkdə qızınızı Azərbaycan millisinin heyətində görmək istərdiniz?

- Əlbəttə. Ana kimi Jasmini Azərbaycan millisinin formasında görsəm, inanılmaz dərəcədə xoşbəxt olaram. Amma istəklərimlə ona təzyiq göstərmək istəmirəm. Əgər bir gün ona dəvət gəlsə və özü də Azərbaycanı təmsil etmək istəsə, bu, ailəmiz üçün böyük qürur olar. Mənim üçün ən vacibi odur ki, o, buna öz zəhməti ilə nail olsun.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 12:35

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət
Bu gün, 12:05

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib

Cəmiyyət
Bu gün, 11:49

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Cəmiyyət
Bu gün, 11:19

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət
Bu gün, 10:44

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Cəmiyyət
Bu gün, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
Dünən, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
Dünən, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
Dünən, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
Dünən, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
Dünən, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
Dünən, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
Dünən, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
Dünən, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
Dünən, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Dünən, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
Dünən, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
Dünən, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Cəmiyyət
Dünən, 09:19

Azərbaycanda bəzi məhsulların gömrük rüsumu 20 dəfə artırıldı

Cəmiyyət
Dünən, 09:17

Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 23 oktyabr

Cəmiyyət
22 oktyabr 2026, 17:58

Emin Əmrullayev: "Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yuxarı olur"

Cəmiyyət
22 oktyabr 2026, 17:38

Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub

Oxşar xəbərlər