Cəbrayıl rayonunun Şükürbəyli kəndinə qayıdan ailələrə evlərinin açarları təqdim olunub.
Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, bu mərhələdə Şükürbəyli kəndinə 18 ailə (77 nəfər) köçürülüb.
13:34
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə yola salınan növbəti köç karvanı məntəqəyə çatıb.
Bu mərhələdə kəndə 18 ailə (77 nəfər) köçürülüb.
12:39
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb.
Bu mərhələdə Şükürbəyli kəndinə 18 ailə (77 nəfər) köçürülür.
Köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.