top
Tibb Universitetində bu ixtisas üzrə təhsilhaqqı 1500 manat azaldıldı
10 avqust 2026, 14:52
- ↺ +

Tibb Universitetində bu ixtisas üzrə təhsilhaqqı 1500 manat azaldıldı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə IV ixtisas qrupunda təhsilhaqları və plan yerləri məlum olub.

"Abituriyent" jurnalının 4-cü nömrəsindən əldən olunan məlumata görə, Azərbaycan Tibb Universitetində IV ixtisas qrupu üzrə illik təhsilhaqqı 4500-5000 manat arasında dəyişir.

Tibb ixtisası üzrə illik təhsilhaqqı 5000 manat, Stomatologiya, Əczaçılıq, Fizioterapiya, İctimai səhiyyə və Tibb bacısı (qardaşı) işi ixtisaslarında isə 4500 manat müəyyənləşdirilib.

Bu göstəricilər ötən tədris ili ilə müqayisədə təhsilhaqlarının azaldığını göstərir. Belə ki, 2025/2026-cı tədris ilində Tibb ixtisasının illik təhsilhaqqı 6500 manat olduğu halda, 2026/2027-ci tədris ili üçün 5000 manat müəyyənləşdirilib. Beləliklə, bu ixtisas üzrə illik təhsilhaqqı 1500 manat azalıb.

Əczaçılıq, Fizioterapiya, İctimai səhiyyə və Tibb bacısı (qardaşı) işi ixtisaslarında isə ötən il 5000 manat olan illik təhsilhaqqı 2026/2027-ci tədris ili üçün 4500 manat müəyyənləşdirilib. Bu ixtisaslarda təhsil haqqı ötən illə müqayisədə 500 manat azalıb.

Beləliklə, ATU-da ötən il 5000-6500 manat arasında dəyişən illik təhsilhaqları yeni tədris ili üçün 4500-5000 manat arasında müəyyənləşdirilib.

Plan yerlərinə gəlincə, Azərbaycan bölməsində Tibb ixtisasına 520, Stomatologiyaya 75, Əczaçılığa 60, İctimai səhiyyəyə 60, Tibb bacısı (qardaşı) işinə 60, Fizioterapiyaya 40 yer ayrılıb.

Bundan əlavə, tədrisi ingilis dilində Tibb ixtisası üzrə 15 plan yeri nəzərdə tutulub və illik təhsilhaqqı 5000 manatdır.

Rus bölməsində isə Tibb ixtisasına 65, Stomatologiyaya 25, Əczaçılığa 20, İctimai səhiyyəyə 20 plan yeri ayrılıb.

Qarabağ Universitetində isə IV qrup üzrə təhsil dövlət sifarişi əsasında həyata keçirilir. Universitetdə Biologiya müəllimliyi üzrə 30, Kimya müəllimliyi üzrə 30, Psixologiya üzrə 30, Əczaçılıq üzrə 24, Tibb bacısı (qardaşı) işi üzrə 36, Stomatologiya üzrə 24, Tibb ixtisası üzrə isə 72 plan yeri ayrılıb.

Beləliklə, Qarabağ Universitetində IV qrup ixtisasları üzrə ümumilikdə 246 plan yeri nəzərdə tutulub və bütün yerlər dövlət sifarişlidir.

mənbə: modern.az

Son xəbərlər

Cəmiyyət
Bu gün, 14:20

Bakıda kafedə qətl: saxlanılan şəxslərdən biri deputatın oğludur

Cəmiyyət
Bu gün, 13:44

U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub

Cəmiyyət
Bu gün, 13:31

Hitlerin keçmiş iqamətgahında yanğın baş verib - VİDEO

Cəmiyyət
Bu gün, 12:35

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət
Bu gün, 12:05

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib

Cəmiyyət
Bu gün, 11:49

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Cəmiyyət
Bu gün, 11:19

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət
Bu gün, 10:44

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Cəmiyyət
Bu gün, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
Dünən, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
Dünən, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
Dünən, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
Dünən, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
Dünən, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
Dünən, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
Dünən, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
Dünən, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
Dünən, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Dünən, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
Dünən, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
Dünən, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Cəmiyyət
Dünən, 09:19

Azərbaycanda bəzi məhsulların gömrük rüsumu 20 dəfə artırıldı

Cəmiyyət
Dünən, 09:17

Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq

Oxşar xəbərlər