Bu ilin yanvar-noyabr aylarında 109 mindən çox insana müavinət və təqaüdün, 21 min nəfərə isə pensiyaların elektron qaydada təyinatı həyata keçirilib. Bu barədə dekabrın 28-də Trend-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd edək ki, 2021-ci ilin yanvar-noyabr aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 5,43 milyard manat vəsait ödənilib.