Moskva vilayətində 16 yaşlı qızın mədəsindən diş fırçası çıxarılıb. Onun sözlərinə görə, o, fırçanı təsadüfən udub.
İnsanoid.com Rusiya KİV-ə istinadən xəbər verir ki, yeniyetmə ürəkbulanma və sancı şikayətləri ilə xəstəxanaya yerləşdirilib. Müayinədən sonra onun mədəsində diş fırçası aşkar olunub.
Fırça 30 dəqiqəyə həkimlər tərəfindən çıxarılıb. Yeniyetmə evə buraxılıb.