2022-ci ilin birinci rübü ərzində 4,1 min nəfər özünüməşğulluq proqramına cəlb olunub. Bu barədə 8 aprel tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.
Məlumata əsasən, onların mühüm hissəsi şəhid ailələrinin üzvləri, əlilliyi olan şəxslər, Vətən müharibəsi veteranlarıdır.
Qeyd olunub ki, proqrama cəlb olunan şəxslərə ilk olaraq təlimlər keçirilir. Daha sonra isə biznes planlarına uyğun olaraq mal və materiallar formasında aktivlər verilməklə onlar üçün kiçik ailə təsərrüfatları yaradılır.