Şəmkirdə 50 000 manatlıq dələduzluq edən qadın saxlanılıb. Bu haqda noyabrın 20-də DİN məlumat verib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində məlum olub ki, qadın daha əvvəldə eyni əmələ görə məhkum olunub. O, işlə təmin etmək və pensiya düzlətmək adı ilə 15 vətəndaşdan 50 000 manatdan çox nağd pul alıb.
Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa “102” Zəng Mərkəzinə və ya Polis Şöbəsinə müraciət edə bilərlər.
Faktla bağlı araşdırma aparılır.