Qusarda ağır yol qəzası baş verib. Bu barədə İnsanoid Qafqazinfo-ya istinadən bu gün, 19 iyun tarixində xəbər verir.
BMW markalı avtomobil 14 yaşlı Ruslan Xamədovu vurub. Ağır xəsarətlər alan yeniyetmə hadisə yerində vəfat edib. Qəza zamanı sürücünün idarəetməsindən çıxan avtomobil daha sonra aşıb.
Bildirilir ki, qəzada vəfat edən R.Xamədov Qusar şəhər E.Güləliyev adına 2 saylı orta məktəbin 6-cı sinif şagirdi olub.
Faktla bağll Qusar RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.