Bu ilin birinci rübü ərzində 6 955 şəxsə əlillik təyin edilib. Bu barədə aprelin 20-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xəbər yayıb.
Onlardan 3 037-nə ilkin, 3 918-nə təkrar əlillik təyinatı aparılıb.
Qeyd edilən dövrdə əlillik təyin edilənlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 2,1 dəfə çoxdur.