Karantin rejimi dövründə ümumi təhsil müəssisələrində ümumilikdə 737 məktəbdə monitorinq aparılıb. Bunu dekabrın 23-də Təhsildə Keyfiyyət Təminatı Agentliyinin direktoru deyib.
Monitorinq tədris və təlim-tərbiyə prosesinin təşkilinə dair müvafiq qaydaların tələblərinə əməl olunmasının yoxlanılması məqsədilə keçirilib.
Bildirilib ki, I-ci yarımil ərzində 137, II-ci yarımil ərzində isə 600 məktəb yoxlanılıb.