Ağcabədi sakini həyat yoldaşı və qayınatasını bıçaqlayıb. Bu haqda dekabrın 9-da “APA” məlumat yayıb.
Hadisə rayonun Ümid qəsəbəsində baş verib. Cəfərov İlhamiz həyat yoldaşı və onun atasına bıçaqla xəsarət yetirib. Yaralılar xəstəxanaya çatdırılıblar. Hadisəni törədən İ.Cəfərov isə polisə təslim olub.
İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib. Faktla bağlı araşdırma aparılır.
2021-ci ilin 9 ayı ərzində baş verən qəsdən adam öldürmə və adam öldürməyə cəhd cinayətləri nəticəsində 51 qadın ölüb, 24 qadın isə xəsarət alıb.