Ötən gün Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb. Bu haqda martın 28-də Report məlumat yayıb.
“VAZ-21074” markalı avtomobillə həmyerlisi 1961-ci il təvəllüdlü şəxsi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.