Ağsu rayonunda 2021-ci il ərzində ət istehsalı 111 ton artaraq 5285 tona çatıb. Bu haqda 6 yanvar tarixində Azərtac məlumat verib.
Keçən il ərzində rayonda süd, yumurta,və yun istehsalı da artıb. Belə ki, 30 min tondan çox süd, 13 milyondan çox yumurta, 318 ton yun istehsal edilib.
Hazırda bölgədə 39 minə yaxın iribuynuzlu, 135 min başdan çox xırdabuynuzlu heyvan bəslənilir.