Dekabrın 10-da Ağsuda Vahir Məmmədov adına Çiyni kənd tam orta məktəb distant təhsilə keçib. Bu barədə Ağsu Rayon Gigiyena və Epidemiologiya Mərkəzi məlumat verib.
Məlumata əsasən, buna səbəb müəllim və şagirdlərin COVID-19 infeksiyasına yoluxması olub.
Yoluxan şəxslərin ailə üzvləri COVID-19 testini veriblər. Həmçinin məktəbin bütün sinif otaqları dezinfeksiya olunub.