Novxanı-Binəqədi yolunda yol qəzası baş verib. Nəticədə bir nəfər xəsarət alıb. Bu barədə APA dekabrın 23-də məlumat yayıb.
1986-cı il təvəllüdlü şəxs idarə etdiyi “KİA Optima” markalı avtomobillə əks yola çıxaraq ötmə əməliyyatı edərkən “KİA Rio” markalı maşına çırpılıb.
Zərbənin gücündən maşın yol kənarındakı nişana, daha sonra işıq dirəyinə çırpılıb. Qəza nəticəsində “KİA Rio” markalı maşının sərnişini ağır bədən xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib.
Polisdən verilən məlumata görə, qəza törədən ağır dərəcəli sərxoş halda avtomobili idarə edib.