Şabran rayonunda 23 yaşlı Nəcibə İsayeva qardaşı tərəfindən yaşadığı evin həyətində qətlə yetirilib. Bu haqda məlumat dekabrın 6-da Baş Prokurorluğun rəsmi saytında yerləşdirilib.
Hadisə 4 dekabr tarixində saat 21:00 radələrində rayonun Çaraq kəndində baş verib. 1992-ci il təvəllüdlü Rüfət Quliyev bacısıyla aralarında yaranmış mübahisə zamanı bıçaqla ona çoxsaylı xəsarətlər yetirərək öldürüb. O, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Fakla bağlı cinayət işi başlanıb.
Ölkədə cari ilin 9 ayı ərzində baş verən qəsdən adam öldürmə və adam öldürməyə cəhd cinayətləri nəticəsində 51 qadın həyatını itirib. Vətəndaşlar qadına qarşı zorakılıq halları ilə üzləşdikdə Baş Prokurorluğun “961” Çağrı Mərkəzinə müraciət edə bilərlər.