ABŞ dövlət katibinin müavini Riçard Verma İrəvandadır. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 17 iyun tarixində məlumat verir.
Onun səfər çərçivəsində “Yerli Özünüidarəetmə Orqanlarında Demokratiya” mövzusunda müştərək forumda iştirak edəcəyi bildirilib.
Qeyd edək ki, R. Vermanı dövlət katibinin kommersiya və diplomatiya məsələləri üzrə nümayəndələri, eləcə də ABŞ-nin bir neçə ştatının rəsmi şəxsləri müşayiət edir.