“Abzas Media”nın direktoru, direktor müavini və baş redaktorunun həbs müddəti uzadılıb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 12 iyun tarixində xəbər verir.
Xətai Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında Ülvi Həsənli, Məhəmməd Kekalov və Sevinc Vaqifqızının həbs müddəti üç ay müddətində uzadılıb.
Ü.Həsənli, M.Kekalov və S. Vaqifqızı ötən ilin noyabr ayında "Abzas Media" işi ilə əlaqədar saxlanılıblar, daha sonra onlar barəsində həbs qətimkan tədbiri seçilib.
Onlar Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə təqsirli bilinirlər.