Türkiyənin Adana şəhərinin Pozantı rayonu istiqamətində olan avtobanda yanacaq dolu tanker yük maşını ilə toqquşub. Bu barədə İnsanoid “TRT Haber”ə istinadən bu gün, 19 iyun tarixində məlumat verir.
Qəzada yanacağın alışması nəticəsində partlayış baş verib. Avtobanın Pozantı istiqamətində nəqliyyatın hərəkəti bağlanıb.
Sürücülərdən heç biri xəsarət almayıb. Əraziyə yanğınsöndürənlər cəlb olunublar. Yol nəqliyyatın hərəkəti üçün bağlanıb.
Yanğının söndürülməsi istiqamətində işlər davam edir.