Ağcabədidə bıçaqlanma hadisəsi olub. Bu barədə APA 5 iyun tarixində xəbər verib.
Hadisə rayonun Avşar kəndində qeydə alınıb. Kənd sakini S. Həsənov yaşadığı evdə şəxsi münasibətlər zəminində 23 yaşlı bacısı Əsmər Həsənovaya kəsici-deşici alətlə ağır xəsarət yetirib.
Həsənova xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.