Ağcabədidə bıçaqlanma olub. Bu barədə 29 iyun tarixində APA məlumat verib.
Belə ki, 1981-ci il təvəllüdlü Ağcabədi rayonu Salmanbəyli kənd sakini Həsənov Elməddin Bəhmən oğlu yaşadığı kənd ərazisində yerləşən “Harami düzü” adlanan sahədə həmkəndlisi Həsənov Kənan Həsən oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edərək sonuncunun qarın nahiyəsinə qəsdən bıçaqla bir dəfə zərbə endirib.
Faktla bağlı araşdırma aparılır.