Ağdaş rayonunda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılaraq istintaqa təhvil verilib. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 10 iyun tarixində xəbər verir.
Yaşadığı ünvanda çətənə kolları əkib-becərməkdə şübhəli bilinən Ağdaş şəhər sakini Rəmzi Soltanov saxlanılıb.
Onun evinin həyətyanı sahəsinə baxış keçirilərkən oradan dibçəklərdə yetişdirdiyi 36 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində həmin narkotik tərkibli bitkiləri aprel ayının əvvəlində becərdiyini və xüsusi qulluq göstərdiyini etiraf edib.
“Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində isə rayonun Abad və Qarasuqumlaq kəndləri ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.
Ümumi çəkisi 3 ton 500 kiloqramdan çox olan 6186 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.