top
Agentlik: Dövlət xəstəxanalarında doğuş və qeysəriyyə əməliyyatı ödənişsizdir
03 iyul 2023, 04:27
- ↺ +

Agentlik: "Dövlət xəstəxanalarında doğuş və qeysəriyyə əməliyyatı ödənişsizdir"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İcbari tibbi sığortanın Xidmətlər Zərfi ilə hamilə qadınların profilaktik müayinələri, ambulator və stasionar şəraitdə onlara göstərilən tibbi xidmətlər təminata alınıb. Bu barədə 3 iyul tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat verib.

Məlumata əsasən, tibbi xidmətlərə doğuşaqədər mama-ginekoloji yardımın göstərilməsi və dispanser nəzarət daxildir.

İcbari tibbi sığortanın Xidmətlər Zərfi ilə hamilə qadınların profilaktik müayinələri, ambulator və stasionar şəraitdə onlara göstərilən tibbi xidmətlər təminata alınıb.

Tibbi xidmətlərə doğuşaqədər mama-ginekoloji yardımın göstərilməsi və dispanser nəzarət daxildir. Həmçinin hamiləlik dövründə, doğuşdan sonrakı dövrdə zahı qadınların müşahidəsi, müalicə üçün tibb müəssisələrinə göndərişlərin verilməsi də profilaktik müayinələr zamanı həyata keçirilir. Bu xidmətlər hamiləlik dövründə baş verə biləcək fəsadların qarşısını almaq, ana və uşaq sağlamlığını qorumaq məqsədilə göstərilir.

Hamiləliyin fizioloji gedişi zamanı hamilə qadının tibb müəssisəsinə 7 gəlişi tövsiyə olunur. Xidmətlər Zərfi ilə hamilə qadına arterial təzyiqin ölçülməsi, nəbzin sayılması, bədən kütləsi indeksinin, qanda şəkərin, qan qrupu, qanın klinik analizi (hemoqlobin), sidiyin ümumi analizi kimi tibbi xidmətlər göstərilir.

Həmçinin hepatit B və C, sifilis testləri, insan immunçatışmazlığı virusu (İİV), skrininq testi (rubella-məxmərək), uşaqlıq yolundan yaxmanın mikroskopik müayinəsi icbari tibbi sığorta ilə qarşılanır.

Tibb müəssisəsində hamiləliyin 12-ci həftəsinə qədər fol turşusunun təyini, USM, doppler müayinəsi, dölün ürək döyüntülərinə qulaq asılması və digər müayinələr də həyata keçirilir.

Hamilə qadın tibbi xidmətlərdən istifadə etmək üçün ilk növbədə yaşadığı ərazi üzrə qadın məsləhətxanasına, Ailə Sağlamlıq Mərkəzinə və ya digər ambulator tibb müəssisələrinə  yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən hamiləliyin 30-cu həftəsindən sonra mübadilə vərəqəsi verilir, hamilə doğuşun təşkili üzrə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki müvafiq ixtisaslı dövlət tibb müəssisəsinə yönləndirilir.

Dölün diaqnostik dəyərləndirilməsi (fetal MRT), daun sindromuna görə qan nümunəsində hormonların təyini (ayrı-ayrılıqda  laborator müayinələr şəklində)  Xidmətlər Zərfi ilə təminata alınır.

Doğuş və klassik qeysəriyyə kəsiyi əməliyyatı, stasionar yatış zamanı dərman, tibbi sərf və qidalanma, laborator və instrumental müayinə, diaqnostika və müalicə tədbirləri ödənişsiz olaraq göstərilir. Klassik qeysəriyyə kəsiyi əməliyyatı tibbi göstəriş əsasında həyata keçirilir. Habelə vaxtından əvvəl doğulmuş körpələrin küvəzdə saxlanılması da icbari tibbi sığorta ilə qarşılanır.

Qeyd edək ki, doğuşdan sonrakı dövrdə zahı qadınların müayinə və müalicəsi, yeni doğulmuşların müşahidəsinin aparılması və ana südü ilə qidalanmaya dair məsləhətlərin verilməsi xidmətləri də ödənişsiz göstərilir.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 11:07

Bakıda avtomobil körpüdən aşıb, sürücü xəsarət alıb

Yerli xəbərlər
Bu gün, 10:31

Sükan arxasında TikTok-da canlı yayım açan sürücülərə xəbərdarlıq edilib

Yerli xəbərlər
Dünən, 14:34

Miyazakinin sehrli dünyası Bakıda canlanacaq: məşhur animelərin musiqiləri şam işığında səslənəcək

Yerli xəbərlər
Dünən, 11:56

İlham Əliyev Ərdoğana başsağlığı verib

Xarici xəbərlər
Dünən, 11:36

Paşinyan KTMT-nin Moskva sammiti ilə eyni gündə Türkiyəyə səfər edəcək

Yerli xəbərlər
Dünən, 11:16

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib

Yerli xəbərlər
Dünən, 11:07

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb

Yerli xəbərlər
Dünən, 11:01

Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb

Yerli xəbərlər
Dünən, 10:03

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Xarici xəbərlər
09 noyabr 2026, 17:04

Lebron Ceymsin ABŞ millisindəki ilk oyununda geyindiyi forma 722 min dollara satılıb

Xarici xəbərlər
09 noyabr 2026, 17:02

Macarıstanın sabiq baş nazirinin qardaşı insan alverində şübhəli bilinərək saxlanılıb

Yerli xəbərlər
09 noyabr 2026, 14:16

Ərdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib

Yerli xəbərlər
09 noyabr 2026, 14:05

Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib - SƏRƏNCAM

Yerli xəbərlər
09 noyabr 2026, 12:05

Sabah Bakıda hava yağmursuz olacaq

Xarici xəbərlər
09 noyabr 2026, 11:47

703 milyon dollarlıq boşanma — milyarder səhmlərini satdı

Xarici xəbərlər
09 noyabr 2026, 11:36

Kruiz gəmisindən dənizə düşən pianoçu 9 saat sonra sağ tapıldı

Yerli xəbərlər
09 noyabr 2026, 11:33

Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

Xarici xəbərlər
09 noyabr 2026, 11:27

"Nvidia" rəhbəri həyat yoldaşına xəyanət etdiyini etiraf edib və üzr istəyib

Yerli xəbərlər
09 noyabr 2026, 11:15

Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Yerli xəbərlər
09 noyabr 2026, 11:07

DYP avtomobillə səfərə çıxanlara xəbərdarlıq edib

Yerli xəbərlər
09 noyabr 2026, 10:43

Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava

Xarici xəbərlər
09 noyabr 2026, 10:39

Maduro ABŞ həbsxanasında dinə maraq göstərməyə başlayıb

Yerli xəbərlər
09 noyabr 2026, 08:43

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib - FOTO

Yerli xəbərlər
09 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd edilir

Oxşar xəbərlər