Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb. Bu barədə martın 30-da Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
"Opel” markalı avtomobilin sürücüsü Vasif Mirişov Şamaxıda DYP əməkdaşları tərəfindən saxlanılıb. Sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. V. Mirişovun narkotik maddə qəbul etməsi müəyyən edilib.
Sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilib və o, 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib.