16-17 aprel tarixlərində müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşdirilməsi müsabiqəsinin müsahibə mərhələsində uğur qazanmayan müəllimlərin apellyasiya müraciətlərinin qəbulu həyata keçiriləcək. Bu haqda aprelin 15-də Təhsil Nazirliyi məlumat yayıb.
Namizədlər şəxsi səhifələrinə daxil olmaqla apellyasiya müsahibələrində iştirak etmək üçün müraciətlərini təsdiqləməlidirlər.
Apellyasiya müsahibələri onlayn formatda və “Microsoft Teams” platforması üzərindən təşkil olunacaq.