23 və 24 aprel tarixlərində 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Respublikanın 22 şəhər və rayonunda təşkil olunacaq imtahanda 43 127 şagirdin iştirakı gözlənilir. İmtahan saat 11:00-da başlanır.
İmtahana gətirilməli sənədlər:
- İmtahana buraxılış vərəqəsi;
- Sağlamlıq haqqında bəyannamə;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli.
Şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə aprelin 12-dən etibarən çap edib götürə bilirlər.