Masallı rayonunda arvadını öldürməyə cəhd edən şəxsin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb. Bu barədə 15 dekabr tarixində Report məlumat verib.
Qeyd edək ki, bu ilin avqust ayında 1991-ci il təvəllüdlü Masallı rayon sakininin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. İlkin araşdırmalar nəticəsində məlum olmuşdur ki, zərərçəkmişin 1985-ci il təvəllüdlü əri ona çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etmişdir.
Faktla bağlı “qəsdən adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi başlanıb.