Cənub bölgəsində batmaqda olan balıqçılar xilas ediliblər. Bu haqda bu gün, 3 yanvar tarixində İnsanoid Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir.
Plastmas tipli qayığın mühərrikinin xarab olması səbəbindən Astara rayonunun Şahağacı kənd sakinləri - 50 yaşlı Ramiz Rəhmanov və 42 yaşlı Zərif Hümmətov dənizdə köməksiz vəziyyətdə qalıblar.
Daxil olan məlumat əsasında Dövlət Sərhəd Xidmətinin əməkdaşları əraziyə cəlb olunaraq, onları xilas etməyi bacarıblar.
[caption id="attachment_157355" align="alignnone" width="300"]
Foto DSX[/caption]