Astarada dənizdə batma təhlükəsində olan üç nəfər xilas edilib. Bu barədə 1 iyul tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Belə ki, Astara şəhər çimərliyi ərazisində 3 nəfər dənizdə batma təhlükəsi ilə üzləşib.
Dənizdə batma təhlükəsində olan 2004-cü il təvəllüdlü İsmayıl Əsgərov, 1996-cı il təvəllüdlü Şiraz Qəribov və 1996-cı il təvəllüdlü Şəhriyar Mailzadə dalğıclar tərəfindən xilas edilərək, onlara ilkin yardım göstərilib və aidiyyəti üzrə təhvil verilib.