İki gün əvvəl Qaradağ rayonunun Ümid qəsəbəsində yerləşən evdə yanğın törədən şəxs saxlanılıb. Bu barədə 16 dekabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat yayıb.
Bildirilib ki, evlərin birində baş vermiş yanğınla bağlı Qaradağ RPİ 38-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla bu əməlin ev sahibinin 32 yaşlı oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.
O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.