Ötən gün ərzində törədilmiş 43 cinayətin üstü “isti izlər”lə açılıb. Bu barədə mayın 10-da Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyev məlumat yayıb.
Axtarışda olan 45 nəfər, cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.
Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.