Dünən, noyabrın 19-da şahmat üzrə Avropa çempionatının 7-ci turunun oyunları keçirilib.
Kişilər Nicat Abbasovun qələbəsi sayəsində Hollandiyaya 2,5:1,5 hesabı ilə qalib gəlib. Qadınlardan ibarət yığma isə Rusiya nümayəndələrinə 1:3 hesabı ilə məğlub olub.
Bugün kişilər Ukrayna ilə, qadınlar isə Macarıstanla qarşılaşacaq. Turnirin yekununa 2 tur qalmış kişilər 1-ci, qadınlar isə 6-cı yerdə qərarlaşıb.